XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Avropa çempionatının ikinci günündə daha beş karateçimiz mübarizəyə başlayıb
İdman 11:42 / 21.08.2021
Finlandiyanın Tampere şəhərində yeniyetmə və gənclərin Avropa çempionatı davam edir.
Yarışın ikinci günündə daha 5 karateçimiz mübarizəyə qatılıb. Kumite yarışlarında 16-17 yaşlı gənclərdən Nicat Kərimli (61 kq), Fərid Talıbov (68 kq), Rumil Cəfərli (76 kq), Suada Kərimova (59 kq) və Fərid Savadov (55 kq) mübarizəyə qoşulublar.
Qitə çempionatının birinci günündə kumite üzrə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Nihad Kərimzadə (+70 kq) və Rəşid Süleymanov (63 kq) qızıl medal qazanıblar. Komandamızın digər üzvü Aysu Əliyeva (47 kq) isə bürünc medala sahib olub.
Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Çempionatda 45 ölkədən 1008 idmançı iştirak edir.

15740 oxunub

InvestAZ