XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Qadın güləşçimiz dünya çempionatının yarımfinalına vəsiqə qazandı
İdman 14:51 / 19.08.2021
Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında dünya çempionatı davam edir.
Dördüncü yarış günündə - avqustun 19-da 3 qadın güləşçimiz mübarizəyə qoşulub.
Güləşçimiz Elnurə Məmmədova (53 kq) təsnifat mərhələsində monqolustanlı həmkarına məğlub olub.
Yarışa dörddəbir finaldan qoşulan Birgül Soltanova Qırğızıstan güləşçisi ilə gərgin keçən görüşdən qalib ayrılaraq adını yarımfinala yazdırıb.
Çempionatda 65 kiloqram çəki dərəcəsində çıxış edən Nigar Mirzəzadə ilk görüşdə Macarıstan idmançısına "tuşe” ilə qalib gəlib. Ancaq dörddəbir finalda Rumıniya təmsilçisinə uduzub.
Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 15:45-də başlayacaq.
Qeyd edək ki, sərbəst güləşçilərimizdən Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) dünya çempionatında gümüş, Turan Bayramov (74 kq) və Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıblar.


16393 oxunub

InvestAZ