XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Qadın güləşçimiz yarımfinalda
İdman 16:17 / 18.08.2021
Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında dünya çempionatı davam edir. Üçüncü yarış günündə - avqustun 18-də qadın güləşi üzrə mübarizəyə start verilib.
Güləşçimiz Gültəkin Şirinova (50 kq) ilk görüşdə Qırğızıstan güləşçisi ilə qarşılaşıb. Qarşılaşma dramatik alınıb. Son saniyələrdə 3 xal geridə olan həmyerlimiz 5 xallıq fəndi uğurla icra edərək "tuşe" ilə qələbə qazanıb. Ancaq dörddəbir finalda hindistanlı rəqibi ilə bacarmayıb.
Mübarizəyə dörddəbir finaldan qoşulan Jalə Əliyeva (59 kq) Polşa təmsilçisinə qalib gələrək yarımfinala yüksəlib.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 15:45-də start götürəcək.

15459 oxunub

InvestAZ