XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Hacı Əliyev: "Hamı gördü ki, finalda mənə qarşı bir az haqsızlıq oldu”
İdman 15:46 / 12.08.2021
"Olimpiya Oyunlarının gümüş medalını qazandığım üçün çox sevinirəm. Qızıl medala az qalmışdı. Amma şükürlər olsun ki, Tokiodan medalsız qayıtmadım".
Bu sözləri Tokio-2020 Yay Oyunlarında gümüş medal qazanan sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib. 3 qat dünya çempionumuz ona dəstək verən insanlara təşəkkürünü bildirib. "Allah hamıdan razı olsun. Bu uğurlarımda çox insanın payı var. Hamısına təşəkkür edirəm”.
Sərbəst güləşçimiz yaponiyalı Takuto Otoquroya qarşı final görüşündə hakim qərəzinin olduğunu söyləyib: "Əlbəttə, belə bir şey var idi. Hamı gördü ki, finalda mənə qarşı bir az haqsızlıq oldu. Bu barədə yaxın vaxtlarda geniş danışacağıq".
Hacı Əliyev 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Oyunlarda iştirakının sual altında olduğunu vurğulayıb: "Bir az istirahət etdikdən sonra tam qərar verəcəyəm. Tokio Olimpiadasındakı qələbə münasibətilə xalqımızı təbrik edirəm. Bu, hamımızın zəfəridir".
Qeyd edək ki, Azərbaycan millisi Olimpiadada 3 gümüş, 4 bürünc medal qazanıb. Komandamızın heyətində Hacı Əliyevlə yanaşı, karateçilər İrina Zaretska (+61 kq) ilə Rafael Ağayev (75 kq) gümüş, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq), yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) bürünc mükafata yiyələnib.


15545 oxunub

InvestAZ