XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



"Çelsi" ikinci dəfə UEFA Super Kubokunu qalibi oldu
İdman 09:35 / 12.08.2021
Futbol üzrə UEFA Super Kubokunun qalibi müəyyənləşib. Şimali İrlandiyanın paytaxtı Belfastda keçirilən oyunda İngiltərənin "Çelsi" və İspaniyanın "Vilyarreal" klubları üz-üzə gəlib. "Uindzor Park" stadionunda təşkil olunan oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Rusiyalı FIFA referisi Sergey Karasyov idarə etdiyi qarşılaşmada hesab 27-ci dəqiqədə açılıb. "Zadəganlar"ın heyətində Hakim Ziyeş komandasını hesabda irili çıxarıb. Matçın 73-cü dəqiqəsində "Vilyarreal” Jerar Morenonun sayəsində hesabı bərabərləşdirib. Əlavə vaxtda da qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına müraciət olunub. Penalti zərbələrini daha dəqiq yerinə yetirən "Çelsi" 6:5 hesabı ilə qələbə qazanaraq, tarixində ikinci dəfə UEFA Super Kubokunun qalibi olub.

Qeyd edək ki, "Çelsi” klubu ilk dəfə bu titula 1998-ci ildə İspaniyanın digər təmsilçisi "Real Madrid" üzərində 1:0 hesablı qələbə sayəsində nail olublar.


16287 oxunub

InvestAZ