XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Messi PSJ ilə 2 illik müqavilə imzaladı
İdman 11:46 / 11.08.2021
Fransanın PSJ komandası İspaniyanın "Barselona" klubundan ayrılanLionel Messi ilə müqavilə imzalayıb. 34 yaşlı argentinalı ulduz klubla 2 illik müqaviləyə imza atıb. Müqavilənin bəndinə görə bu müddət sonradan daha bir il artırıla bilər.

Ulduz futbolçu PSJ-yə keçidini karyerasında açdığı yeni səhifə kimi xarakterizə edib. "Bu klubda hər şey mənim hədəflərimlə üst-üstə düşür. Burada necə istedadlı kollektiv və məşqçilər heyətinin olduğunu bilirəm. Klub və azarkeşlər üçün xüsusi bir şey yaratmağa kömək etmək əzmindəyəm. "Park de Prens"də meydana çıxmağı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Lionel​ Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.


16854 oxunub

InvestAZ