XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Yaxın saatlarda tarixi razılaşmaya imza atılacaq ​
İdman 17:38 / 10.08.2021
"Barselona”dan yenicə ayrılan Lionel Messi Parisə yollanıb. Argentinalı superulduzu aparan təyyarə bir qədər əvvəl hava limanına enib. 34 yaşlı futbolçunun qısa müddətdə tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə qol çəkməsi gözlənilir. Fransızlar bu transferi Eyfel qülləsindən açıqlayacaq. Messinin PSJ ilə 3 illik sözləşməyə qol çəkəcəyi və illik məvacibinin 40 milyon avro təşkil edəcəyi bildirilir. Klub azarkeşləri onu qarşılamaq üçün artıq bazanın ətrafına toplaşıb.
Qeyd edək ki, Messi azad agent statusu daşıdığından, keçidi PSJ-yə ödənişsiz başa gələcək.

33466 oxunub

InvestAZ