"İnter”in futbolçusu Romelu Lukakunun "Çelsi”yə transferi rəsmiləşmək ərəfəsindədir. Belçika millisinin üzvü bu gün London klubunda tibbi müayinədən keçib. Tezliklə klubların bu transferi rəsmən açıqlayacağı gözlənilir. 28 yaşlı oyunçu London təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq. Qeyd edək ki, Romelu Lukaku 2011-2014-cü illərdə "Çelsi”nin formasını geyinib.
16686 oxunub