XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Avropa Liqası: Bu gün III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək
İdman 09:57 / 10.08.2021
Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab matçları keçiriləcək. İlk oyun günündə 2 qarşılaşma təşkil olunacaq. Kiprdəki ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanan "Omoniya" Estoniyada "Flora" ilə üz-üzə gələcək. Digər oyunda isə "Slovan" Slovakiyada Cəbəllütariqin "Linkoln" komandasını sınağa çəkəcək. Bratislava təmsilçisi birinci görüşdə 3:1 hesablı qələbə qazanıb.
III təsnifat mərhələsinin digər 6 oyunu isə avqustun 12-də təşkil olunacaq. Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Neftçi" Finlandiyada HİK (Helsinki) klubu ilə qarşılaşacaq. "Neftçi” komandası Bakıdakı ilk matçda rəqibi ilə heç-heçə edib - 2:2.


15990 oxunub

InvestAZ