XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024



Lionel Messi vida mərasimində göz yaşlarını saxlaya bilmədi
İdman 14:58 / 08.08.2021
"Barselona”nın argentinalı ulduzu Lionel Messi kataloniya klubu ilə vidalaşıb. 34 yaşlı futbolçu "Barselona"dan ayrılması ilə bağlı "Kamp Nou" stadionunda mətbuat konfransı təşkil edib. Lionel Messi mətbuat konfransında çıxış edərkən göz yaşlarını saxlaya bilməyib.
"13 yaşımdan bəri buradayam. 21 ildən sonra mənim üçün dogma olan evimdən həyat yoldaşım və 3 övladımla birgə ayrılıram. Hər şeyə, komanda yoldaşlarıma və bir çox insanlara minnətdarlığımı bildirirəm. Buraya gəldiyim gündən bu klub üçün hər şeyi etdim. Bu şəkildə vidalaşmağı heç ağlıma belə gətirməzdim. Azarkeşlərlə vidalaşmadan klubdan ayrılıram. Bir il yarım azarkeşləri görmədim, indi isə klubdan gedirəm. Təəssüf ki, belə oldu. Azarkeşlərin sevgisinə görə minnətdaram. Müqaviləm başa çatdı. Qalmaq istədim. Haqqımda çox şey söyləndi, amma qalmaq istədiyim üçün əlimdən gələni etdim. La Liqa səbəbindən bu müqavilə alınmadı. Müqaviləmi 50 faiz azaltmağı təklif etdim”, - deyə, Messi çıxışında bildirib.


16421 oxunub

InvestAZ