XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



ABŞ asiyalıları geridə qoyaraq Tokio-2020-də birinci oldu 
İdman 12:46 / 08.08.2021
Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarına yekun vurulub. Oyunlar ərzində 93 ölkənin idmançıları 339 dəst medala sahib çıxıblar. Medal qazanan ölkələrdən 65-i olimpiadada çempionluq sevinci yaşayıb.
Olimpiada ərzində Çin birinci olsa da, Oyunların son günündə ABŞ komandası qazanığı medalların hesabına asiyalıları üstələyib. Beləliklə, ABŞ millisi Tokio-2020-ni 113 medalla (39 qızıl, 41 gümüş, 33 bürünc) birinci pillədə tamamlayıb. 38 qızıl, 32 gümüş və 18 bürünc medal əldə edən Çin TRokio-2020-ni 2-ci yerdə başa vurub. Olimpiadanın ev sahibləri Yaponiya komandası isə 3-cü olub. "Gündoğar ölkə” təmsilçisinin aktivində 27 qızıl, 14 gümüş və 17 bürünc medal var. Rusiya Olimpiya Komitəsinin komandası isə Olimpiya Oyunlarını 71 medalla başa vurub. Bu medallardan 20-si qızıl, 28-i gümüş, 23-ü isə bürüncdür. Qardaş ölkə Türkiyə millisi isə olimpiadada 13 (2 qızıl, 2 gümüş, 9 bürünc) medala sahib çıxıb.
Azərbaycan olimpiyaçıları isə Tokio-2020-ni 3 gümüş, 4 bürünc medalla başa vurublar. Komandamız bu nəticə ilə olimpiadada 67-ci yeri tutub.



14810 oxunub

InvestAZ