XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



İrina Zaretska Tokio-2020-ni gümüş medalla başa vurdu
İdman 16:21 / 07.08.2021
Azərbaycan karateçisi İrina Zaretska bu gün Tokio-2020-də mübarizəyə başlayıb. 61 kq-dan yuxarı çəkidə çıxış edən dünya və Avropa çempionumuz A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusa ilə qarşılaşıb. Həmin görüşdə təmsilçimiz qələbə qazanıb - 4:1. Qurpda növbəti görüşündə İrina italiyalı Silviya Semeraroya qalib gəlib-3:2. Lakin karateçimiz üçüncü görüşdə Sofya Berultsevaya (Qazaxıstan) qarşı döyüşdə təşəbbüsü əldən verib-4:5
Qrupda son döyüşdə İrina Zaretska türkiyəli Meltem Akyola imkan verməyib - 4:0. Bu nəticə ilə yarımfinala vəsiqə əldə edib, idmançımız bununla eyni zamanda ən azı bürünc medalı da özünə təmin edib.  Karateçimiz yarımfinalda çinli Gong Lini mübarizədən kənarlaşdırıb - 7:2. Finala yüksələn titullu idmançımız qızıl medal uğrunda misirli Feryal Abdelazezlə həlledici görüşə çıxıb. Lakin İrina Zaretska bu görüşdə məğlub olaraq (0:2) Tokio-2020-ni gümüş medalla tamamlayıb
16765 oxunub

InvestAZ