XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Hacı Əliyev Tokio Olimpiadasının gümüş medalına sahib çıxdı
İdman 15:17 / 07.08.2021
Tokio-2020 Yay Olimpiya Oyunları çərçivəsində sərbəst güləş üzrə final yarışları keçirilib. Üçat dünya çempionumuz Hacı Əliyev 65 kq çəki dərəcəsində final görüşünə çıxıb. Pəhləvanımız həlledici görüşdə yaponiyalı Takuto Otoquro ilə qarşılaşıb. Güləşçimiz gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə 5:4 hesabı ilə məğlub olaraq Tokio-2020-nin gümüş medalına sahib çıxıb. 
Qeyd edək ki, Tokio-2020-də mübarizəyə 1/8 finaldan başlayan Hacı Əliyev ilk görüşdə seneqallı Adama Diatta, növbəti mərhələdə isə qazaxıstanlı Daulet Niyazbekova qalib gəlib. Güləşçimiz finala çıxış uğrunda görüşdə hindistanlı Bacranq Puniyaya qalib gəlib. 
.


17354 oxunub

InvestAZ