XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Çempionlar Liqası: Bu gün III təsnifat mərhələsində daha 3 oyun təşkil olunacaq
İdman 14:16 / 04.08.2021
Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunlara yekun vurulacaq. Turnirin ikinci oyun günündə daha 3 qarşılaşma təşkil olunacaq. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya" komandası Xorvatiyada "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Turun digər oyununda Moskvanı təmsil edən "Spartak" komandası doğma meydanda Portuqaliyanın "Benfika" komandasını qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Macarıstanın "Ferentsvaroş" klubu isə doğma meydanda Çexiyanın "Slaviya" (Praqa) klubu ilə qarşılaşacaq. Görüş yeli vaxtla saat 22:00-da start götürəcək.


37056 oxunub

InvestAZ