XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Çempionlar Liqası: III təsnifat mərhələsinin ilk oyunları maraqlı nəticələrlə yadda qaldı
İdman 09:18 / 04.08.2021
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunlarına start verilib. İlk oyun günündə 7 qarşılaşma təşkil olunub. Ötən mərhələdə son Azərbaycan çempionu "Neftçi”yə qalib gələn Yunanıstanın "Olimpiakos” klubu bu mərhələdə Bolqarıstanın "Lüdoqorets" komandasını qəbul edib. Görüşün ikinci hissəsində Bolqarıstan təmsilçisi önə keçsə də, matçın sonlarına yaxın meydan sahibləri hesabı bərabərləşdiriblər. Beləliklə, oyunda qalib müəyyənləşməyib -1:1.
Mərhələnin daha bir gözlənilməz oyunu Serbiyada qeydə alınıb. Burada yerli komanda "Srvena Zvezda" klubu Moldovanın "Şerif" komandasını qəbul edib. Bu oyunda da qalib müəyyənləşməyib və görüş 1:1 hesabı ilə başa çatıb.
Çempionlar Liqasının III təsnifat mərhələsində aşağıdakı nəticələr qeydə alınıb.

3 avqust

Çempionlar Liqası, III təsnifat mərhələsi

"Malmö" (İsveç) - "Reyncers" (Şotlandiya) - 2:1
"Sparta" (Praqa, Çexiya) - "Monako" (Fransa) - 0:2
ÇFR (Rumıniya) - "Yanq Boyz" (İsveçrə) - 1:1
"Genk" (Belçika) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:2
PSV (Niderland) - "Midtüllan" (Danimarka) - 3:0
"Srvena Zvezda" (Serbiya) - "Şerif" (Moldova) - 1:1
"Olimpiakos" (Yunanıstan) - "Lüdoqorets" (Bolqarıstan) - 1:1

Qeyd edək ki, mərhələnin digər 3 qarşılaşması bu gün keçiriləcək.


32218 oxunub

InvestAZ