XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Güləşçimiz erməni idmançıya qalib gələrək Tokio-2020-nin bürünc medalına sahib çıxdı – FOTO
İdman 14:59 / 03.08.2021

Azərbaycan Tokio Olimpiadasında üçüncü bürünc medalını qazanıb. Komandamıza bürünc medalı yunan-Roma güləşçimiz Rafiq Hüseynov qazandırıb. 77 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız üçüncü yer uğrunda görüşdə ermənistanlı güləşçi Karapet Çalyana 4:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Tokio Olimpiadasında mübarizəyə ötən gün başlayan R.Hüseynov 1/8 finalda isveçli Aleks Kessidisə qalib gəlib. O, 1/4 finalda Akjol Mahmudova (Qırğızıstan) məğlub olub. Rəqib idmançının finala qədər irəliləməsi R.Hüseynovun təsəlliverici görüşlərdə iştirak etməsinə imkan yaradıb. Güləşçimiz təsəlliverici görüşdə tunisli idmançı Lamjed Maafidən güclü olub.

Xatırladaq ki, Rafiq Hüseynovdan əvvəl Azərbaycana cüdoçumuz İrina Kindzerska (+78 kq) və boksçumuz Alfonso Dominges (81 kq) bürünc medallar qazandırmışdı.


37833 oxunub

InvestAZ