XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



İrina Kindzerska Azərbaycana Tokio-2020-nin ilk medalını qazandırdı - FOTO
İdman 13:13 / 30.07.2021

Tokio-2020-də cüdo yarışlarına yekun vurulub. Yarışların son günündə iki cüdoçumuz tatami üzərinə çıxıb. Təmsilçilərimizdən İrina Kindzerska mükafatçılar sırasına düşə bilib. +78 kq çəki dərəcəsində mübarizə aparan xanım cüdoçumuz 1/8 finalda Larisa Tseriçlə (Bosniya və Herseqovina) üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn İrina növbəti mərhələyə vəsiqə qazanıb. Yarımfinala vəsiqə uğrunda görüşdə cüdoçumuzun rəqibi Cənubi Koreya təmsilçisi Min-Cin Han olub. Rəqibini ipponla üstələyən cüdoçumuz yarımfinala vəsiqə qazanıb. İ.Kindzerska finalın bir addımlığında yaponiyalı Akira Sone ilə qarşılaşıb. Təəssüf ki, idmançımız finala çıxış görüşündə güclü rəqibi ilə mübarizədən məğlub ayrılıb. Lakin cüdoçumuz medal şansını saxlayıb. Belə ki, 30 yaşlı idmançımız bürünc medal uğrunda görüşdə çinli Şiyan Xu ilə üz-üzə gəlib. Həlledici görüşdə rəqibini ipponla məğlub edən İrina Kindzerska Tokio-2020-nin bürünc medalına sahib çıxıb. Bu həm də Azərbaycan yığmasının Tokio Olimpiadasında qazandığı ilk medal olub.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Tokio-2020-də 9 (7 kişi, 2 qadın) idmançı ilə təmsil olunurdu. Cüdoçularımızdan yalnız İrina Kindzerska mükafatçılar sırasında yer alıb. Buna qədər idmançılarımız arasında ən yaxşı nəticə Rüstəm Orucova məxsus idi. 73 kq çəki dərəcəsində yarışan kişi bayraqdarımız Tokio-2020-də 5-ci yeri tutmuşdu.



35536 oxunub

InvestAZ