XƏBƏR LENTİ
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025



Konfrans Liqası: “Keşlə” “Soçi” ilə Bakıda da bacarmadı
İdman 09:53 / 30.07.2021

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Turnirdə mübarizə aparan "Keşlə” komandası doğma meydanda Rusiyanın "Soçi" klubunu qəbul edib. "ASK Arena"da təşkil olunan qarşılaşmada qarşılaşmada rusiyalılar qələbə qazanıblar -2:4. Matçda hesab 21-ci dəqiqədə açılıb. "Soçi” klubu Marko Duqandziçin vurduğu qolla hesabda önə keçib. 35-ci dəqiqədə "Keşlə"nin braziliyalı legioneri Felipe Santos bərabərlik qolunu vurub. Bundan 3 dəqiqə sonra Nikita Burmistrov "Soçi"ni yenidən hesabda irəli çıxaran qolu vurub.

Matçda digər qollar ikinci hissədə vurulub. 52-ci dəqiqədə Rəhman Hacıyev topu rəqib qapısından keçirərək hesabı bərabərləşdirib. Danila Proxin 70-ci dəqiqədə meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. M.Duqandziç 82-ci dəqiqədə özünün ikinci, komandasının isə 4-cü qoluna imza atıb. Rusiyadakı matçda rəqibinə 0:3 hesabı ilə uduzan "Keşlə" Konfrans Liqasında mübarizəni dayandırıb.


28727 oxunub

InvestAZ