XƏBƏR LENTİ
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



10 idmançımız Tokio Olimpiadasında mübarizəni dayandırdı
İdman 16:21 / 25.07.2021
Azərbaycanın daha 4 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Boksçulardan Cavid Çələbiyev 1/16 final mərhələsində Ukrayna təmsilçisi Yaroslav Hartsizə qalib gəlib.

63 kq çəki dərəcəsindəki idmançı növbəti raundda Ovannes Baçkovla (Ermənistan) qarşılaşacaq.

Cüdoçu Orxan Səfərov 1/16 final mərhələsində Yerlan Serikjanova (Qazaxıstan) vazari xalı ilə uduzaraq yarışla vidalaşıb.

Stend atıcısı Emin Cəfərov təsnifat mərhələsinin ilk gününü 71 xalla 24-cü sırada tamamlayıb. Onunla birlikdə daha 5 idmançı eyni xalı toplayıb. Təsnifat mərhələsi sabah davam edəcək. 5 raundan sonra ilk 6 pillənin sahibi finala vəsiqə qazanacaq.

Qadın idman gimnastı Marina Nevrasova 4 hərəkətin cəmində 48.232 bal toplayaraq, 68 iştirakçı arasında 55-ci yeri tutub.

Beləliklə, Azərbaycanın daha iki idmançısı - Səfərov və Nekrasova mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 8 idmançısı olimpiada ilə​ vidalaşıb.

31502 oxunub

InvestAZ