Avropa birinciliyində 4 sumoçumuz iştirak edir
İdman 13:31 / 23.07.2021
Polşanın Siedlce şəhərində sumo üzrə kadetlər və yeniyetmələr arasında Avropa birinciliyi keçirilir. 5 gün davam edəcək yarışda ölkəmizi Samir Avdullayevin rəhbərliyi altında 4 idmançı təmsil edir. Komandamızın heyətində Alim Balaşlı, Tamerlan Bağırov, Nuhan Müzəffərov və Sabir Qarayev yer alıb.
Yarışda ğlkəmizi haqkim qismində Rəsul Həsənov təmsil edir.
31334 oxunub