XƏBƏR LENTİ
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



İki dövlət, bir millət eyni bina
İdman 14:07 / 16.07.2021
Azərbaycan olimpiyaçıları Tokio-2020 Yay Olimpiya Oyunları zamanı Atletlər Kəndində Türkiyə idmançıları ilə eyni binada qalacaq. Bu barədə Milli Olimpiya Komitəsinin (MOK) Mətbuat katibi Günay Malikqızı məlumat verib.
Onun sözlərinə görə, türkiyəli idmançıların sayı 108 nəfər olacaq: "Azərbaycan qardaş ölkə ilə yanaşı, Peru, Meksika və Çili ilə də qonşu olacaq. Yəni, sözügedən dövlətlərin idmançıları da həmin binada məskunlaşacaqlar".
Qeyd edək ki, Tokio-2020 23 iyul - 8 avqustda keçiriləcək. Azərbaycanı olimpiadada 44 idmançı təmsil edəcək.

30256 oxunub

InvestAZ