XƏBƏR LENTİ
02 Avqust 2021
31 İyul 2021
30 İyul 2021
29 İyul 2021
28 İyul 2021
27 İyul 2021



İstanbul Olimpiya Oyunlarına ev sahibliyi edə bilər
İdman 15:21 / 14.07.2021
Türkiyənin İstanbul şəhəri 2036-cı il Yay Olimpiya Oyunlarına namizəd olacaq. Bu barədə şəhər meri Əkrəm İmamoğlu açıqlama verib. O, olimpiadanın keçirilməsi üzrə planını təqdim edərək, bütün müvafiq qurumlarla hökuməti bu istiqamətdə əməkdaşlığa və fəaliyyət göstərməyə çağırıb: "Biz ən böyük hədəfə - İstanbula dünyanın idman xəritəsində layiqli yer verməyə köklənmişik. Arzumuz İstanbulu milyonlarla insanın idmanla məşğul olduğu şəhərə çevirməkdir".
Qeyd edək ki, qarşıdakı Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək. 2024-cü il olimpiadası Fransanın paytaxtı Parisdə, 2028-ci il Oyunları isə ABŞ-ın Los-Anceles şəhərində təşkil olunacaq. İyunda Beynəlxalq Olimpiya Komitəsi 2032-ci il Yay Olimpiya Oyunlarını Avstraliyanın Brisben şəhərində keçirməyi qərara alıb. Türkiyə isə indiyədək heç bir olimpiadaya ev sahibliyi etməyib.

1045 oxunub

InvestAZ