XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Zəka sahibimiz növbəti mərhələdə
İdman 10:11 / 14.07.2021
Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya kuboku yarışları davam edir. Azərbaycanın 7 şahmatçısının qatıldığı yarışın ikinci günündə 4 şahmatçımız – Vasif Durarbəyli, Türkan Məmmədyarova, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva cavab oyunlarında mübarizə aparıblar. Yüz iyirmi səkkizdəbir final mərhələsində mübarizəyə qoşulan Vasif Durarbəyli Finlandiyanı təmsil edən Dmitri Sklyarovu cavab oyununda məğlub edib. Yekun nəticəyə görə, 1,5:0,5 hesabla rəqibi üzərində qələbə qazanan şahmatçımız növbəti mərhələyə vəsiqə qazanıb.
Qadınların yarışında isə altmış dörddəbir finalda Gülnar Məmmədova cavab oyununda estoniyalı Mai Narvaya məğlub olub. Hesab 1:1 olduğundan şahmatçımız tay-brekdə mübarizə aparacaq.
Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva isə yarışda mübarizəni dayandırıblar. Belə ki, Türkan Məmmədyarova kubalı Tereza Ordaz Valdez ilə heç-heçə etsə də, cavab oyununda ona məğlub olub. Ülviyyə Fətəliyeva isə rəqibi hindistanlı Raut Padminiyə birinci partiyada olduğu kimi, cavab oyununda da uduzub.
Xatırladaq ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.

21085 oxunub

InvestAZ