XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Tokio-2020-də iştirak edəcək cüdoçularımız müəyyənləşdi
İdman 11:31 / 13.07.2021
Azərbaycanı Tokio Olimpiadasında təmsil edəcək cüdo üzrə milli komandamızın heyəti açıqlanıb. Yığmada Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq) Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri (+100 kq) yer alıb.
Qadın cüdoçularımızdan Aişə Qurbanlı (48 kq) və İrina Kindzerska (+78 kq) isə baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcəklər.
Orxan Səfərovla eyni çəkidə olan təcrübəli cüdoçu Nicat Şıxəlizadə yığmanın kapitanı təyin olunub və məşqlərdə O.Səfərovun sparrinq-tərəfdaşı kimi çıxış edəcək. Daha bir çəkidə - 73 kiloqramda Hidayət Heydərov sparrinq-tərəfdaş kimi Yaponiya paytaxtına yollanacaq. Pandemiya şəraitində cüdoçular tez-tez COVID-19 testindən keçəcəklər. Test nəticələri pozitiv olan idmançılar karantinə alınacaq. Digər tərəfdən zədə səbəbindən idmançılar üçün problemlər yarana bilər. Belə olan hallarda, həmin iki idmançı komanda yoldaşlarını əvəz edə bilər.
Qeyd edək ki, 66, 60, 73, 81 kiloqram çəki dərəcələrində cüdoçular iyulun 14-də Tokioya yollanacaqlar. İyulun 18-də isə komandanın qalan üzvləri yarışa yola düşəcəklər.


31237 oxunub

InvestAZ