XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı
İdman 09:35 / 08.07.2021
Azərbaycanın "Neftçi" klubu UEFA​ Çempionlar Liqasında mübarizəyə start verib. 7 illik fasilədən sonra​ qitənin ən nüfuzlu klub turnirində iştirak edən "Neftçi” 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə üz-üzə gəlib. Boris Payçadze adına "Dinamo Arena”da keçirilən matç Azərbaycan çempionunun qələbəsi ilə yekunlaşıb -2:1. Oyunda hesab 23-cü dəqiqədə açılıb. Namiq Ələskərov flaqmanı hesabda önə çıxarıb. Tbilisi təmsilçisi oyunun 36-cı dəqiqəsində tarazlığı bərpa edib. Serbiyalı hücumçu bərabərlik qolunu vurub - 1:1.

İkinci hissəyə "ağ-qaralar daha fəal başlayıblar. Bunun məntiqi nəticəsi olaraq paytaxt təmsilçisi hesabda önə keçib. 56-cı dəqiqədə rəqib qapısına təyin olunan penaltini E.Mahmudov dəqiq yerinə yetirib. Beləliklə, "Neftçi" komandası səfərdə "Dinamo"ya qalib gəlib. Bu komandalar arasında cavab görüşü iyulun 14-də "Bakcell Arena"da keçiriləcək. Həmin oyun Bakı vaxtı ilə ​ saat 21:00-da başlayacaq. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində Yunanıstan "Olimpiakos" komandası ilə qarşılaşacaq. Məğlub olan komanda isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.


30759 oxunub

InvestAZ