XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Avro-2020: Bu gün ilk finalçının adına aydınlıq gələcək
İdman 11:22 / 06.07.2021
Bu gün Avro-2020-də yarımfinal mərhələsinin oyunlarına start veriləcək. İlk oyun günündə bir qarşılaşma təşkil olunacaq. Londonun "Uembli” stadionunda keçiriləcək birinci yarımfinal matçında çempionatın favoritlərindən hesab olunan İtaliya və İspaniya yığmaları üz-üzə gələcəklər. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçı almaniyalı referi Feliks Brix idarə edəcək.

Yarımfinal mərhələsinin "Uembli” stadionunda keçiriləcək digər oyununda isə İngiltərə və Danimarka milliləri qarşılaşacaqlar. Həmin görüş iyulun 7-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Avro-2020-nin final matçı iyulun 11-də "Uembli” stadionunda keçiriləcək.

33458 oxunub

InvestAZ