XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Yeniyetmə cüdoçularımız Çexiyada 4 medala sahib çıxdılar
İdman 12:00 / 05.07.2021

Çexiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışıkeçirilib. Beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz 4 medal qazanıb. Belə ki, oğlanların mübarizəsində Xəyal Həsənov (50 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.Bu çəkidəki digər təmsilçimiz Babarəhim Mirzəyev bürünc medala layiq görülüb. Gümüş medalı 60 kiloqram çəki dərəcəsində yarışan Aydın Rzayev qazanıb.

Qızların yarışında isə Aydan Vəliyeva millimizə gümüş medal qazandırıb. Beləliklə, milli komandamız Teplitse yarışının ilk günündə 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub. Beynəlxalq yarışda Avropanın 28 ölkəsindən 371 cüdoçu medallar uğrunda mübarizə aparıb.


29373 oxunub

InvestAZ