XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Daha bir ulduz Tokio-2020-dən imtina etdi
İdman 13:49 / 01.07.2021
Tokio-2020 Yay Olimpiya Oyunlarından​ daha bir ulduz idmançı imtina edib. Dünyanın 6-cı raketkası Sofiya Kenin Tokio Olimpiadasında olmayacaq.​ Bunu 22 yaşlı ABŞ tennisçisinin özü açıqlayıb: "Olimpiadada oynamayacağam. Bu, çətin qərar idi, amma bunu agentlərimlə müzakirə etdik. Mən öz komandamdan heç kimi apara bilməyəcəkdim. Bu da müəyyən qədər mənim istədiyim deyil. Bu, asan deyildi, mən Olimpiya Oyunlarını sevirəm”.
Qeyd edək ki, Keninə qədər 3-cü raketka rumıniyalı Simona Halep və reytinqin səkkizincisi ABŞ təmsilçisi Serena Uilyams da Tokio-2020-yə qatılmayacağını açıqlayıb.

31847 oxunub

InvestAZ