XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Sərbəst güləş millimiz Avropa üçüncüsü oldu
İdman 23:37 / 30.06.2021
Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında sərbəst güləş yarışları başa çatıb. Qitə birinciliyinin ilk 3 günündə güləşin bu növü üzrə mübarizə baş tutub. Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında AÇ-yə qatılan millimiz uğurlu çıxışla azarkeşləri sevindirib. Belə ki, güləşçilərimizdən dördü fəxri kürsüyə qalxıb. Kənan Heybətov (61 kq), Turan Bayramov (70 kq) və Cəbrayıl Hacıyev (74 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Yalnız finalda məğlub olan Aydın Əhmədov (125 kq) isə ikinci yeri tutub.

Beləliklə, 3 qızıl və 1 gümüş medal qazanan yığmamız 119 xal toplayaraq komanda hesabında Avropa 3-cüsü olub. Rusiya (185) birinci, Türkiyə (126 kq) isə ikinci yeri tutub.

Sonuncu dəfə analoji yarışda sərbəst güləşdə belə yüksək nəticə 2017-ci ildə qeydə alınıb. Maraqlıdır ki, həmin qitə birinciliyi də məhz Dortmundda keçirilmişdi. Komandamız 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmışdı.​


31943 oxunub

InvestAZ