XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Güləşçimiz erməni rəqibinə qalib gələrək Avropa çempionu oldu
İdman 23:01 / 30.06.2021
Almaniyanın Dortmund şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.
İkinci yarış günündə 61 kq, 74 kq, 86 kq, 92 kq və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.
Təmsilçilərimizdən Kənan Heybətov ilk görüşdə ukraynalı idmançını minimal hesabla üstələyib. Fransa təmsilçisi üzərində də inamlı qələbə qazanan həmyerlimiz adını yarımfinala yazdırıb. Gürcüstan pəhləvanına da gücünü göstərən Heybətov finala vəsiqə qazanıb. Həlledici və prinsipial görüşdə Ermənistan idmançısıyla qarşılaşan Kənan əsl əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb və Avropa çempionu olub.
Komandamızın digər üzvü Cəbrayıl Hacıyev ilk mərhələdə Moldova güləşçisinə qalib gəlib. Millimizin üzvü ​ daha sonra Rusiya təmsilçisini "tuşe" ilə məyus edib. Hacıyev macar rəqibindən də güclü olub və yarımfinala yüksəlib. Finalın bir addımlığında gürcü pəhləvanla mübarizə dramatik alınıb. Görüş boyunca gah bu, gah da digər güləşçi hesabda önə çıxıb. Əzmkarlıq nümayiş etdirən Cəbrayılın son saniyələrdəki uğurlu fəndi həlledici olub və yığma üzvünü finala daşıyıb. Hacıyev həlledici görüşdə tam üstünlüklə türk həmkarına qalib gələrək komandamıza 3-cü qızıl medalı qazandırıb.
Komandamızın digər üzvü Fuad Mayılov təsnifat mərhələsində alman rəqibinə uduzub. Almaniya idmançısı finaladək irəliləyib və Mayılov 3-cü yeri tutmaq şansı yaranıb. Ancaq Fuad iyunun 30-da keçirilən təsəlliverici görüşdə türk həmkarı ilə də bacarmayıb.
Abdulcəlil Şabanov 1/8 finalda rusiyalı həmkarına məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şabanov iyunun 30-da təsəlliverici görüşə çıxıb və gərgin mübarizə şəraitində keçən görüşdə Ukrayna idmançısına minimal fərqlə uduzub.
Mübarizəyə 1/4 finaldan qoşulan Aydın Əhmədov Macarıstan güləşçisinə sonuncu xal prinsipinə əsasən qalib gəlib. A.Əhmədov yarımfinalda Ukrayna idmançısından da güclü olub və finala yüksəlib. Həlledici görüşdə məğlub olan Aydın gümüş medala sahib çıxıb.


32822 oxunub

InvestAZ