XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Eduard Məmmədov və tələbəsi Adil Əliyev tərəfindən fəxri fərmanla təltif edilib
İdman 10:33 / 01.07.2021
Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin Sədri, AKF-nın İdarə heyətinin sədri Adil Əliyev Eduard Məmmədov və tələbəsi Amin Quliyevi beynəlxalq idman arenasında ölkəmizi layiqincə təmsil etdiklərinə görə fəxri fərmanla təltif edib. Bundan əlavə, Adil müəllim dəfələrlə respublika birinciliyinin qalibi, kadetlər arasında WAKO dünya və Avropa birinciliyin qalibi, WAKO Dünya kubokunun sahibi Amin Quliyevi Gənclər və İdman Nazirliyi tərəfindən İdman ustası adı verilməsi ilə bağlı təbrik edib.

Eyni gündə Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Orxan Əliyev təltif olunan idmançılarımızı qəbul edərək, onları əldə etdikləri nailiyyətlərlə təbrik edib. AKF prezidenti pandemiya dövründə məşq prosesilə maraqlanıb və üzləşdiyi çətinliklərlə tanış olaraq, öz tövsiyyələrilə bölüşüb və gələcəkdə uğur və müvəffəqiyyətlər arzu edib.

Dəfələrlə Azərbaycan çempionu, kadetlər arasında WAKO dünya və Avropa birinciliyinin qalibi, WAKO Dünya kubokunun sahibi Amin Quliyev - 15 dəfə Azərbaycan çempionu, dəfələrlə WAKO dünya və Avropa çempionu, dəfələrlə WAKO Dünya kubokunun sahibi, WAKO-PRO Intercontınental peşəkar kəmərinin sahibi, dəfələrlə peşəkar turnirlərin qalibi, Azərbaycan Respublikasının Əməkdar idman ustası, Əməkdar məşqçi, AKF-nın İdarə Heyətinin sədr müavini Eduard Məmmədovun tələbəsidir.


40805 oxunub

InvestAZ