XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



59 karateçimiz Xorvatiyaya yollandı
İdman 10:11 / 30.06.2021

İyulun 2-4-də aşağı yaşlı karateçilər arasında Xorvatiyanın Poreç şəhərində Dünya kuboku və Gənclər Liqası yarışları keçirilib. Yığma komandamız artıq yarışda iştirak etmək üçün dünən Xorvatiyaya yola düşüb.

12-21 yaşadək idmançıların dünya kuboku və Gənclər Liqasında 59 idmançımız iştirak edəcək.

AMKF-nin prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev, Nağı Mehdiyev və Şahin Atamov, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov, beynəlxalq hakimlərdən isə Cahangir Babayev və Şahin Xudaverdiyev yer alıblar.

Dünya Karate Federasiyasının bu rəsmi turnirləri avqustun ikinci yarısı Finlandiyanın Tampere şəhərində yeniyetmə və gənclər arasında keçiriləcək Avropa çempionatına son hazırlıq xarakteri daşıyır.

Dünya kuboku və liqa yarışlarında 60-dək ölkədən 1700-ə yaxın karateçi iştirak edəcək.


38553 oxunub

InvestAZ