XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Tokio-2020-yə lisenziya qazanan paracüdoçularımız müəyyənləşdi
İdman 17:00 / 29.06.2021
Azərbaycan idmançıları Tokio-2020 Yay Paralimpiya Oyunlarına daha 11 lisenziya əldə edib. Həmin vəsiqələrə reytinq xarakterli yarışlarda yüksək nəticələr əldə etmiş 6 kişi və 5 qadın paracüdoçu sahib olub. XVI Yay Paralimpiya Oyunlarında kişilərdən Vüqar Şirinli (60 kq), Namiq Abaslı (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (+100 kq), qadınlardan isə Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Dürsədəf Kərimova (+70 kq) iştirak hüququ qazanıb. Beləliklə, qarşıdakı Oyunlara qazanılmış lisenziyaların sayı 31-ə çatıb. Onlardan 11-i cüdo, 8-i atletika, 4-ü para-taekvando, 3-ü üzgüçülük, 3-ü pauerliftinq və 2-si güllə atıcılığı növündəndir.
Xatırladaq ki, Rio-2016 XV Yay Paralimpiya Oyunlarında Azərbaycanı 22 idmançı təmsil edi. Onlardan 7-si (6 kişi və 1 qadın) para-cüdoçu olub.

35492 oxunub

InvestAZ