XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Neftçi” uşaqları yay düşərgəsinə topladı
İdman 14:32 / 29.06.2021
"Neftçi” PFK, "ASAN Könüllüləri” Təşkilatı, YAŞAT Fondunun birgə təşkilatçılığı ilə Vətən müharibəsindəki şəhid və sosial baxımdan həssas ailələrin 7-12 yaşlı övladları arasında keçirilən III "Neftçili Yay” Futbol Düşərgəsində 4-cü qrupa start verilib. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan düşərgədə müxtəlif əyləncəli müsabiqələr təşkil olunub, uşaqlara peşəkar məşqçilər tərəfindən futbol qaydaları öyrədilib. Qeyd edək ki, pandemiya qaydaları nəzərə alınaraq 100-dən çox iştirakçının qruplar üzrə bölündüyü düşərgədə hər qrupun ilk iki günündəki proqrama müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxildir. Bundan əlavə, uşaqlarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçirilir. Üçüncü gün isə səhər proqramından sonra düşərgədə iştirak edən uşaqlara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr verilir.
50321 oxunub

InvestAZ