XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



AVRO-2020: Bu gün 1/8 finala yekun vurulacaq
İdman 12:19 / 29.06.2021
Bu gün AVRO-2020-nin 1/8 final mərhələsinin oyunlarına yekun vurulacaq. Gün ərzində iki oyun təşkil olunacaq. Günün ilk oyunu İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda baş tutacaq. Burada İngiltərə millisi Almaniya yığmasını qəbul edəcək. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək oyunu niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək.
1/8 finalın son oyunu isə Şotlandiyanın Qlazqo şəhərində gerçəkləşəcək. "Hempden Park" stadionundakı görüşdə İsveç millisi Ukrayna komandası ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyunun baş hakimi italiyalı Daniele Orsato olacaq. İsveç - Ukrayna cütünün qalibi 1/4 final mərhələsində Almaniya - İngiltərə duelinin güclüsü ilə üz-üzə gələcək.

45848 oxunub

InvestAZ