XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Komandamız dünya çempionatında ikinci oldu ​
İdman 10:38 / 29.06.2021

İyunun 24-28-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində kəmər güləşi idman növü üzrə dünya​ çempionatı keçirilib. 25 ölkədən 300 idmançının iştirak etdiyi yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar. Azərbaycan Milli İdman Növləri Assosiasiyasının​ tərkibində olan bu idman növü üzrə milli yığma komandamız ölkəmizi uğurla təmsil edib.
Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti Samir Abdullayevin rəhbərliyi altında dünya çempionatında iştirak edən komandamız 1 qızıl və 2 bürünc medala sahib çıxıb. İdmançılarımızdan Camal Feyziyev mütləq çəkidə (130+ kq) dünya çempionu adını qazanıb. Komandamızın digər üzvlərindən Xəyyam Abdullayev (70 kq) və Vəliş Hacıyev (90 kq) isə bürünc medallara sahib çıxıblar. Yığmamız bu nəticə ilə​ komanda hesabında II yeri tutub. Komandamızın üzvü Camal Feyziyevə kəmər güləşi üzrə mütləq çəkidə qalib gəldiyinə görə avtomobil hədiyyə edilib.
Qeyd edək ki, çempionatda Seymur Qurbanov və Rəsul Həsənov hakim qismində ədaləti qoruyublar.


33012 oxunub

InvestAZ