XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Barselona”lı müdafiəçi Premyer Liqa klubuna keçir
İdman 10:16 / 29.06.2021
""Barselona”nın müdafiəçisi Junior Firponun yeni komandası müəyyənləşib. 24 yaşlı cinah oyunçusu karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
"Betis”in yetirməsi yaxın günlərdə "Lids”lə müqavilə imzalayacaq. Bu transfer kataloniyalılara 15 milyon avro qazandıracaq. Firpo ötən mövsüm bütün turnirlərdə keçirdiyi 18 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Junior Firpo 2019-cu ildə "Betis”dən transfer olunduğu "Barselona” ilə 5 illik müqavilə imzalamışdı.


32898 oxunub

InvestAZ