XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Prineylilərdən tarixi nəticə
İdman 09:33 / 29.06.2021
İspaniya millisi Avropa çempionatları tarixinə düşüb. "Qırmızı furya” AVRO-2020-nin 1/8 final mərhələsində buna nail olub. Əsas vaxtı 3:3 hesabı ilə başa çatan Xorvatiya ilə görüşün əlavə olunmuş dəqiqələrində daha 2 dəfə fərqlənən ispanlar 5:3 hesablı qələbə qazanıblar. Qrup mərhələsinin son turunda da Slovakiyanı 5:0 hesabı ilə üstələyən İspaniya yığması qitə birincilikləri tarixində ardıcıl iki görüşdə 5 qol vuran ilk komanda olub.
Bununla yanaşı, ispanlar Xorvatiyaya qarşı son üç ildə keçirdiyi 3 qarşılaşmada rəqibi 13 dəfə məyus etməyi bacarıb. Millətlər Liqasında bu komandalar arasında baş tutan ilk görüşdə İspaniya 6:0, cavab matçında isə Xorvatiya 3:2 hesabı ilə qalib gəlib.
Həmçinin "matadorlar” AVRO-2012-dən bəri ilk dəfə böyük turnirdə 1/4 finala qədər irəliləməyi bacarıb. Həmin vaxt komanda qitə çempionu olub. İspaniya millisi DÇ-2014-də qrupda qalıb, AVRO-2016-da və DÇ-2018-də isə 1/8 final mərhələsində mübarizəni dayandırıb.


43029 oxunub

InvestAZ