XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Olimpiya çempionu karyerasını başa vurur
İdman 11:06 / 27.06.2021
London-2012 Yay Olimpiya Oyunlarının hündürlüyə tullanma üzrə qalibi Anna Çiçerova karyerasını başa vurub. Bu barədə idmançı özü şəxsi sosial hesabında məlumat verib. "Düşünürəm ki, bu sondur. Etiraf edirəm ki, artıq gücüm qalmayıb”,- deyə Olimpiya çempionu vurğulayıb.
Qeyd edək ki, 38 yaşlı A.Çerçerova 2007-ci ildə keçirilən dünya çempionatının gümüş, 2008-ci ildə Pekində təşkil olunan olimpiadanın bürünc medalçısıdır. İdmançı, 2009-cu ildə dünya çempionatının gümüş medalçısı olsa da, dopinq testindən keçdikdən sonra əldə etdiyi mükafatlar ləğv olunub. ​ ​
Anna Çiçerova həmçinin 2011-ci dünya çempionu, 2013-2015-ci illərdə dünya birinciliklərinin üçüncüsüdür. ​



29701 oxunub

InvestAZ