XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



AVRO-2020: İtaliya millisi 1/4 finalda
İdman 02:00 / 27.06.2021
AVRO-2020-də 1/8 final mərhələsi həyəcanı davam edir. Pley-offun ilk oyun günündə 1/4 finala vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib. Londondakı "Uembli" stadionunda İtaliya və Avstriya milliləri üz-üzə gəlib. Turnirin favoritlərindən olan "skuadra adzura” bu matçda növbəti mərhələyə yüksələn tərəf olub. Oyunda ilk 90 dəqiqə ərzində tərəflərdən heç biri fərqlənə bilməyib. Qalib əlavə uzatma dəqiqələrdən sonra müəyyənləşib. ​ Birinci əlavə vaxtda İtaliya yığması Frederiko Kyezanın 95-ci və Matteo Pessinanın 105-ci dəqiqədə vurduğu qollarla önə keçib. Avstriya millisinin gücü bu qollardan birinin əvəzini çıxmağa çatıb. Oyunun 114-cü dəqiqəsində Saşa Kalayciç təsəlli qolunu vurub 2:1.

Beləliklə, İtaliya yığması Danimarka millisindən sonra adını 1/4 finala yazdıran ikinci komanda olub. Appeninlilər növbəti mərhələdə Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.


29422 oxunub

InvestAZ