XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Səfər qolu qaydasını ləğv edildi
İdman 21:50 / 24.06.2021
UEFA 2021/2022 mövsümündən klub yarışlarında səfər qolu qaydasını ləğv edib. Bu barədə Avropa futbol qurumu məlumat yayıb. Qol sayı bərabər olarsa, hərəsi 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq. Burada da qalib müəyyənləşməsə, penaltilər seriyası baş tutacaq. UEFA prezidenti Aleksander Çeferin avrokuboklarda səfər qolu qaydasının ləğvi barədə danışarkən deyib: "Səfər qolu qaydası 1965-ci ildən tətbiq olunan UEFA yarışlarının ayrılmaz hissəsi idi. Amma bu qaydanın ləğvi son bir neçə il ərzində qurumun müxtəlif iclaslarında müzakirə edilib. Ümumi fikir birliyi olmasa da, bir çox məşqçi, azarkeş və digər maraqlı tərəflər bu qaydanın ləğv edilməsinin lehinə səs verdi. Qonaq komanda fərqləndikdən sonra ev sahiblərinin 2 qol vurmaq məcburiyyətində qalması haqsızlıq sayılırdı və buna görə xeyli tənqidlər var idi".

Çeferinin sözlərinə görə, bu qaydanın ləğvindən sonra ev üstünlüyü əvvəlki tək önəm daşımayacaq: "Bütün amilləri nəzərə alan UEFA İcraiyyə Komitəsi düzgün qərar verdi”.

27994 oxunub

InvestAZ