XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Anar Bağırov: “Hər gün test verməli, qaydalara əməl etməliyik”
İdman 13:48 / 25.06.2021
Tokioda hər idmançı 2 gündən bir test verməlidir. Hər hansı görüşdən öncə test nəticəsi müsbət çıxan idmançıdan təkrar analiz götürülə bilər.

Bu sözləri, Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr edilmiş tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, koronavirus aşkaralanan idmançı diskvalifikasiya olunmayacaq: "Həmin idmançıya peyvənd vurulubsa, biz analiz nəticəsi ilə bağlı protest verə bilərik. Düzdür, o, karantinə alınacaq, amma iki ekspres testdən sonra nəticə mənfi çıxarsa, görüşə çıxa bilər. İdmançıya vaksin vurulmayıbsa, o, yenə karantinə göndəriləcək və 2 PCR test verməlidir. Ümid edirik ki, nəticələr tez bəlli olacaq və idmançı mübarizəsini davam etdirə biləcək. Məsələn, final görüşündən öncə idmançının testi müsbət çıxırsa, o, görüşə buraxılmır, amma avtomatik olaraq, gümüş medal qazanır. Bir yerdə qalan idmançıların hansısa koronavirusa yoluxsa, bütün komanda karantina alına bilər. Hamı eyni vəziyyətdədir. Özümüzü mütləq qorumalıyıq. Bu, hamı üçün riskdir. Ona görə də hər gün test verməli, qaydalara əməl etməliyik".


28769 oxunub

InvestAZ