XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Kişi cüdoçularımız Tokio-2020 tam heyətlə yollanacaq
İdman 18:24 / 24.06.2021
Beynəlxalq Cüdo Federasiyası Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançıların siyahısını açıqlayıb. Olimpiya reytinqinə əsasən müəyyənləşən vəsiqələrə 110 ölkənin cüdoçuları sahib olublar. Onlar arasında Azərbaycan millisinin 12 üzvü də var. Cüdo tariximizdə ilk dəfə olaraq kişilərdən ibarət milli komandamızın Olimpiya Oyunlarına tam heyətlə yollanacağı rəsmiləşib. Cüdoçularımızdan Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) lisenziyalara sahib çıxıblar.

Olimpiya Oyunlarında ölkəni hər çəki dərəcəsində bir idmançı təmsil edə bilər. Tokioya yollanacaq kişi cüdoçularımızın siyahısı yaxın günlərdə milli komandanın məşqçi heyəti tərəfindən açıqlanacaq.
Qadınlardan ibarət millimizin heyətində isə Aişə Qurbanlı (48 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) "Tokio-2020”də iştirak hüququna yiyələniblər.

34428 oxunub

InvestAZ