XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Bakı Olimpiya Stadionu ilk “5-lik”də yer aldı
İdman 16:33 / 24.06.2021
AVRO-2020-nin qrup mərhələsinin oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb. 36 matça ümumilikdə 649 320 fanat qatılıb. Ən çox azarkeş Macarıstanın paytaxtə Budapeştdəki 3 oyunda olub. "Puşkaş Arena"da F qrupunun görüşlərini 166 546 tamaşaçı seyr edib. Arenanın tutumu 68 000-dir.
Macarıstan və Fransa komandaları arasında məhz bu qrupda gerçəkləşmiş qarşılaşma (1:1) tribunaların ən çox dolduğu matçdır - 55 998.
"Sankt-Peterburq Arena"dakı 6 oyunda 107 988 futbolsevər iştirak edib. Danimarkanın paytaxtı Kopenhagen (62 239 azarkeş) bu göstəriciyə görə üçüncü, İngiltərənin paytaxtı London (57 907 azarkeş) dördüncü, Bakı (45 682) isə 5-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu (BOS) A qrupunun 3 oyununa ev sahibliyi edib. BOS-da həmçinin 1/4 final mərhələsinin də bir oyunu keçiriləcək.


29047 oxunub

InvestAZ