XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Fransalı azarkeşlər şəhərləri yanlış saldılar ​
İdman 12:00 / 25.06.2021
İyunun 19-da AVRO-2020-nin qrup mərhələsinin ikinci turunda Macarıstan yığmasına qarşı oyunu izləmək istəyən Fransa azarkeşləri Macarıstan paytaxtı Budapeşt əvəzinə Rumıniyanın paytaxtı Buxarestə yollanıblar. Son dünya çempionunun 6 nəfər tərəfdarı şəhərlərin adını səhv salıblar və təyyarə biletini yanlış alıblar.​

Nəticədə onlar Budapeştdən 800 km aralıda yerləşən Buxarestə yollanıblar. Fanatlar oyunu izləyə bilməyiblər. Rumıniya paytaxtında olan Ukrayna və Avstriya millilərinin azarkeşlərini isə macar fanatlar olduğunu düşünüblər.

Həmin azarkeşlərdən biri mətbuata açıqlamasında bunları deyib: "Hava limanından azarkeşləri izlədik və düşündük ki, macarlardır. Sonra bildik ki, biz səhv şəhərə gəlmişik. Avropanı yaxşı tanımaq lazımdır”

30238 oxunub

InvestAZ