XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Pəhləvanlarımız üçün yeni sınaq
İdman 10:04 / 25.06.2021
​Bu gün Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyev Memorialı start götürəcək. Üç gün davam edəcək ənənəvi yarışda yığmamızın üzvləri də iştirak edəcəklər.

Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi altında Mahir Əmiraslanov, Əliabbas Rzazadə, Uğur Novruzov (hamısı 57 kq), Ruslan Qasımov, Əbülfəz Nəsirov (hər ikisi 61 kq), Əli Rəhimzadə (65 kq), Coşqun Əzimov (74 kq), Omid Kamaliaqdam (79 kq) və İslam İlyasov (97 kq), eləcə də hazırda Dağıstanda məşqləri davam etdirən bir neçə milli üzvü ölkəmizi xatirə turnirində təmsil edəcək.

Beynəlxalq dərəcəli hakimlərimizdən Babək Allahverdiyev, Vüqar Şükürov və Həbib Nurulu Memorialda ədaləti qoruyacaqlar.

29168 oxunub

InvestAZ