XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Şəhid Mahmud İbrahimovun xatirəsi mini futbol turniri ilə yad edilib
İdman 10:52 / 24.06.2021
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Bakı Kənd Futbol Federasiyası tərəfindən Binəqədi rayonunda yerləşən "AzFar” stadionunda Aprel döyüşləri şəhidi Mahmud İbrahimovun xatirəsinə həsr olunmuş mini futbol üzrə Bakı şəhər turniri keçirilib. Turnirdə Bakının kənd və qəsəbələrini təmsil edən 8 komanda iştirak edib.

Final oyununda "Binəqədi” komandası "Biləcəri”ni məğlub edərək turnirin qalibi olub. "Mehdiabad” komandası yarışı üçüncü pillədə başa vurub.

Qalib və mükafatçı komandalara Baş İdarə tərəfindən diplom, medal və kubok təqdim edilib.


29494 oxunub

InvestAZ