XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



İrina Zaretska: «Mən sizin mənə bəslədiyiniz etimadı doğrultmağa çalışacağam»
İdman 17:12 / 22.06.2021
Bu gün Milli Olimpiya Komitəsində Tokio-2020-yə vəsiqə qazanan idmançılarla görüşdə yığmamızın üzvü İrina Zaretska hazırlıqla bağlı fikirlərini bölüşüb. «Olimpiya oyunlarına çox ciddi hazırlaşmışam. Pandemiya səbəbindən itirdiyim formamı qısa zaman ərzində bərpa edə bildim. Pandemiyanın bir qədər yumşaldığı vaxtda Xorvatiyanın Porets şəhərində keçirilən Avropa çempionatının qalibi oldum. Güclü rəqiblərim var idi. 10 ən güclü idmançı arasında ikinci dəfə Avropa çempionatının qızıl medalına layiq görüldüm. Bu nəticə mənə özümə olan inamı daha artırdı. Artıq Olimpiya Oyunlarında söz demək vaxtıdır. Mən sizin mənə bəslədiyiniz etimadı doğrultmağa çalışacağam», - deyə İrina Zaretska vurğulayıb.

33970 oxunub

InvestAZ