İdman 12:27 / 22.06.2021
37 yaşlı makedoniyalı futbolçu AVRO-2020-də son matçına çıxdı. Yığma komandanın heyətində 122 oyun keçirən, bu turnirdə qol vuran ən yaşlı futbolçu olan Qoran Pandev yığmasının Niderlanda qarşı görüşündə fərqlənə bilmədi. Lakin rəqib komandanın futbolçuları da onu təntənə ilə yola saldılar. Kapitan Veynaldumun Niderland yığmasının 122 nömrəli fomasını Pandevə təqdim etməsi yadda qalan hadisələrdən biri oldu.