XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Boksçumuz erməni rəqibini məğlub edərək yarımfinala vəsiqə qazandı
İdman 10:22 / 22.06.2021

İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin döyüşləri keçirilib.​ 41 ölkənin iştirak etdiyi yarışda Azərbaycan boksçuları da qüvvələrini sınayırlar. Millimiz çempionatda 7 boksçu ilə təmsil olunur. Yarışın beşinci günündə Azərbaycan millisinin 3 üzvü yarımfinal uğrunda mübarizə aparıb.

İlk görüşdə Uça Jorjolianiyə (Gürcüstan), ardınca Maqomed Şamsayevə (Rusiya) qalib gələn Ruslan Rüstəmov 1/4 finalda David Gevorqyanla (Almaniya) üz-üzə gəlib. 64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz gərgin keçən döyüşdə erməni əsilli rəqibini 3:2 (29:27, 28:28, 27:29, 26:30, 29:27) hesabı ilə məğlub edib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.​
R.Rüstəmov finala vəsiqə üçün israilli Ahmad Ştivi ilə qarşılaşacaq. Görüş iyunun 22-də olacaq.​
Ruslandan fərqli, Maqsud Xasmetov (56 kq) rusiyalı Aleksey Kiselyevə 2:3 (29:28, 28:29, 27:30, 27:30, 29:28), Mirəşrəf Kazımzadə (75 kq) ukraynalı Boqdan Tolmaçova 1:4 (30:27, 27:30, 27:30, 28:29, 27:30) hesabı ilə məğlub olaraq, medalın bir addımlığında büdrəyib.​
Qeyd edək ki, yarışda final görüşləri iyunun 24-də olacaq. 320 min mükafat fondu olan çempionatın qalibi 8 min, gümüş medalçısı 4 min, 3-cü yerin sahiblərinin hərəsi 2 min dollar qazanacaq.


31362 oxunub

InvestAZ